BMT-nin əməliyyatı sayəsində 500-ə yaxın Mariupol sakini təxliyə edilib – Quterreş

BMT-nin əməliyyatı sayəsində 500-ə yaxın Mariupol sakini təxliyə
edilib.

Trend xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş
Ukraynada sülh və təhlükəsizliyin qorunması üzrə BMT Təhlükəsizlik
Şurasının iclasında deyib.

“Bu günə qədər ümumilikdə 500-ə yaxın mülki şəxs təxliyə
edilib”, – deyə A.Quterreş bildirib.

Baş katib əlavə edib ki, BMT-nin Beynəlxalq Qırmızı Xaç Komitəsi
ilə birgə humanitar əməliyyatı aprelin 29-da başlayıb.

Bu günə kimi iki təxliyə əməliyyatı uğurla həyata keçirilib.
Mayın 3-də başa çatan birinci əməliyyat zamanı “Azovstal”
zavodundan 101, qonşu rayondan isə daha 59 mülki şəxs təxliyə
edilib. Ötən gecə başa çatan ikinci əməliyyat zamanı şəhər və ətraf
rayonlardan 320-dən çox mülki şəxs xilas edilib.

“Üçüncü əməliyyat hazırda davam edir”, – deyə baş katib qeyd
edib.