Hazırda bölgədə vəziyyətin gərginləşməsinə baxmayaraq, BMT-nin
əməkdaşları Donbassda işlərini davam etdirirlər.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu BMT-nin
baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.
“Hazırda heç bir dəyişiklik yoxdur, – deyə S.Cüjarrik BMT-nin
personalının təxliyəsi barədə suala cavabında deyib. – Dünyanın bir
çox yerində BMT-nin əməkdaşları belə hallarda əhalinin humanitar
ehtiyaclarını təmin etmək üçün öz vəzifələrində qalırlar”.
Eyni zamanda, S.Cüjarrik qeyd edib ki, BMT Donbassdan gələn
vəziyyətin ağırlaşması ilə bağlı xəbərləri hələ müstəqil şəkildə
təsdiqləyə bilmir.