Türkiyənin Kayseri vilayətinin Erciyes Xizək Mərkəzində sürüşmə zolağından çıxan üç kanadalı turist qar uçqun altında qalıb. Onların Birləşmiş Millətlər Təşkilatının əməkdaşları olduğu bildirilir.
AzerTimes-ın məlumatına görə, Erciyes rayonunun 2700 metr hündürlük bölgəsindən dərəyə sürüşməyə cəhd edən turistlərin özləri tərəfindən yaradılan uçqun altında qaldığı müəyyən edilib. Turistlərdən ikisi axtarış-xilasetmə qrupları tərəfindən xilas edilib. Bir nəfərin isə cəsədi tapılıb.
Həyatını itirən turist, 45 yaşlı Maykl Kreeftin Türkiyənin Qaziantep vilayətində yerləşən Birləşmiş Millətlər Təşkilatının Koordinasiya Mərkəzinin üzvü olduğu bildirilir.