BMT-nin düşərgəsini indi PKK istifadə edir

BMT-nin düşərgəsini indi PKK istifadə edir

PKK üçün vacib əhəmiyyətə malik olan Mahmur düşərgəsi Qəndildəki terrorçuların fəaliyyət mərkəzinə çevrilib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, sözügedən düşərgə Türkiyə sərhədindən təxminən 300 kilometr məsafədə, Hasekə və Qəndilin ortasında yerləşir.

Mahmur düşərgəsi eyni zamanda, rəsmi olaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdindədir.

Uzun müddətdir PKK-nın tranzit yolunda olan düşərgə təşkilat üçün həyati əhəmiyyət kəsb edir. Başqa sözlə, düşərgə terror təşkilatı tərəfindən təlim və insan resursları mərkəzi kimi istifadə olunur.

Teqlər: