BMT təşkilatın baş katibi Antonio Quterreşin Kiyevə səfərinin
vaxtı ilə bağlı Ukrayna hakimiyyəti ilə işləyir.
Trend xəbər verir ki, bunu brifinq zamanı BMT baş katibinin
nümayəndəsinin müavini Eri Kaneko deyib.
“Mümkün səfərin hazırlanması üçün Ukrayna hökuməti ilə
təmasdayıq”, – deyə E.Kaneko bildirib.