BMT-nin Baş katibi Antonio Quterreş aprelin 25-də Türkiyəyə
səfərə gəlib.
Trend xəbər verir ki, məlumatı Türkiyə Prezidenti
Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə
BMT-nin Baş katib Antonio Quterreş Ankarada görüşüblər.
Mətbuata qapalı keçirilən görüş barədə rəsmi məlumatda
bildirilir ki, Baş katib Antonio Quterreş Ankara səfərinin ardından
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir
Zelenski ilə görüşəcək.