Birləşmiş Millətlər Təşkilatı humanitar yardım məsələsində Talibanla əlaqə qurmaqla digər problemləri həll etməyə ümid edir.
AzerTimes-ın məlumatına görə, bu barədə jurnalistlərə BMT-nin baş katibi Antonio Quterreş bildirib.
Əfqanıstan böhranı və bu ölkədə təhsilə çıxış problemləri ilə əlaqədar müzakirə planları ilə bağlı suala cavab olaraq baş katib bildirib: “Əfqanıstanda təmsil olunan BMT-nin əsas missiyası Talibanla ünsiyyət qurmaq və humanitar yardım çatdırmaq öhdəliyinə sadiqliyini nümayiş etdirmək idi”.
Onun sözlərinə görə, bu, qeyd olunan məsələlərə müsbət təsir etmək üçün bizə vasitə olacaq bir imkandır.