BMT-nin Baş katibi Novruz Bayramı ilə bağlı paylaşım edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu
Quttereş Novruz bayramı münasibətilə sosial şəbəkədə paylaşım
edib.

AzerTimes xəbər verir ki, Baş
katib “Twiter” hesabındakı paylaşımında bununla bağlı deyib:

“Bəşəriyyət misli görünməmiş çağırışlarla üzləşdiyi bir vaxtda
gəlin Novruzun həmrəylik ruhunu rəhbər tutaq və harmoniyada
yaşamaq, planetimizi qorumaq öhdəliyimizi təzələyək. Hər kəsə
xoşbəxt, sağlam və dinc Novruz diləyirəm”.

Teqlər: