BMT-nin baş katibi Antoniu Quterreş Əfqanıstanın Kabil şəhərində
məsciddə baş verən terror aktını kəskin şəkildə qınayıb.
Trend xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsinin
müavini Fərhan Haq deyib.
“BMT-nin baş katibi cümə namazı zamanı Kabilin qərbində Xəlifə
Sahib məscidinə edilən hücumu kəskin şəkildə pisləyib. Baş katib
həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və xəsarət
alanların tezliklə sağalmasını arzulayır. Mülki əhaliyə və mülki
obyektlərə, o cümlədən məscidlərə hücumlar beynəlxalq humanitar
hüquqa əsasən qəti qadağandır”, – deyə F.Haq bildirib.