BMT-nin Baş katibi Antonio Quttereş Əfqanıstan ilə bağlı “G7” ölkələrinin zirvə görüşündə beynəlxalq ictimaiyyəti bu ölkə xalqının maraqları naminə birliyə çağıracaq.
AzerTimes-ın məlumatına görə, bu barədə beynəlxalq təşkilatı rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
S.Düjarrik bildirib ki, BMT-nin Baş katibi G7-nin Əfqanıstanla bağlı virtual sammitində iştirak etmək üçün dəvət edilib:
“Əfqanıstan xalqının maraqlının ən yaxşı şəkildə təmin etmək üçün bəynəlxalq ictimaiyyətinin birliyinə çağırış edəcək”.