Hazırkı pandemiya bəşəriyyət üçün sonuncu olmayacaq, yenilərinin yaranmasına hazırlaşmaq lazımdır.
AzerTimes-ın məlumatına görə, bu barədə BMT baş katibi Antonio Qutteriş öz “Twitter” səhifəsində yazıb.
A.Quterreş bildirib: “COVID-19 bəşəriyyətin üzləşdiyi son pandemiya olmayacaq. Hazırkı səhiyyə sistemi böhranını həll edərkən, növbəti vəziyyətə hazırlaşmalıyıq”.
BMT rəhbəri çağırış edərək qeyd edib: “Beynəlxalq epidemiyaya qarşı hazırlıq günündə gəlin bu məsələyə layiq olduğu diqqəti və sərmayəni verək”.