Dünya ölkələri öz səhiyyə sistemlərini gələcəkdə baş verə biləcək yeni pandemiyaya hazırlamalıdırlar.
AzerTimes-ın məlumatına görə, bunu BMT-nin baş kativi Antonio Quterreş deyib.
“Biz yeni pandemiyaya monitorinq, yoluxanların erkən müəyyən edilməsi, hər bir ölkədə yoluxmaların artmasına sürətli cavab üzrə planlar, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının səlahiyyətlərinin artırılması vasitəsilə hazırlaşmalıyıq”, – deyə baş katib bildirib.
A.Quterreş əlavə edib ki, dünya birliyi koronavirus pandemiyası ilə mübarizədə, əsasən də vaksinasiya sahəsində qoyulan hədəflərdən hələ çox geri qalır. Baş katib vaksinasiyanın sürətinin inkişaf etmiş ölkələrdə Afrikadan 7 dəfə yüksək olduğunu qeyd edib.
Quterreşin sözlərinə görə, dövlətlər xəstəliklərin qarşısının alınması, diaqnostikası və müalicəsi sistemlərini gücləndirməli və bütün ölkələr üçün ümumi tibbi sığortaya nail olmağa çalışmalıdırlar.