Birləşmiş Millətlər Təşkilatı (BMT) 15 may – Beynəlxalq Ailə Günü ilə əlaqədar müraciət yayıb.
AzerTimes xəbər verir ki, BMT-nin yaydığı müraciətdə qeyd olunur:
“2022-ci ilin sonunda dünya əhalisinin sayı 8 milyard nəfərə çatıb. Birləşmiş Millətlər Təşkilatının Baş katibi tərəfindən “insan inkişafında mərhələ” kimi səciyyələndirilən bu əlamətdar hadisə insan ömrünü uzadan sağlamlıq sahəsində böyük irəliləyişləri nümayiş etdirir. Əhali artımı azalan sürətlə də olsa davam etməlidir. Dünya əhalisinin sayının 2050-ci ildə 9,8 milyard, 2100-cü ildə isə 11,2 milyard nəfərə çatacağı proqnozlaşdırılır, eyni zamanda, davamlı urbanizasiya perspektivləri və iqlim dəyişikliyinin idarə olunması ilə bağlı narahatlıqlar da artır”.