BMT missiyası İzyuma gedir: Kütləvi məzarlıq…

BMT missiyası İzyuma gedir: Kütləvi məzarlıq…

Ukraynada İnsan Haqları Üzrə Monitorinq missiyasının üzvləri İzyumda aşkar edildiyi iddia edilən kütləvi məzarlıqla bağlı məlumatlarla əlaqədar səfər etməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi Elizabet Trossel məlumat verib.

“Biz mümkün kütləvi məzarlıqlarla bağlı xəbərləri görmüşük. Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasından olan həmkarlarımız bu iddiaları izləyir və bu insanların ölüm şəraitini müəyyən etmək üçün İzyuma monitorinq səfəri təşkil edəcəklər”, – Trossel bildirib.

Teqlər: