BMT-nin Cenevrədə keçirilən beynəlxalq konfransının iştirakçıları Əfqanıstana yardım üçün 1,2 milyard dollardan çox vəsait ayıracaqlarına söz veriblər.
AzerTimes-ın məlumatına görə, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirib.
M.Qriffits konfransın bağlanış mərasimində çıxış edərək bildirib: “Humanitar yardım və inkişaf layihələrinin maliyyələşdirilməsi üçün 1,2 milyard dollardan çox vəsait barədə söz verilib”.
O, bu cür nəticələri konfrans iştirakçılarının “böyük səxavətliliyinin” sübutu adlandırıb.