Əsas personalın müvəqqəti yerdəyişməsindən sonra BMT Kiyevdə
fəaliyyətini bərpa edəcək.
Trend xəbər verir ki, bu barədə cümə axşamı brifinqdə BMT baş
katibinin nümayəndəsi Stefan Düjarrik təşkilatın rəhbərinin
humanitar məsələlər üzrə müavini Martin Qriffitsin Moskvaya
səfərinin yekunlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Qriffits əsas personalın müvəqqəti
yerdəyişməsindən sonra BMT-nin Kiyevdə humanitar mövcudluğunu və
fəaliyyətini bərpa edəcəyini bildirib. O vurğulayıb ki, Ukrayna
hakimiyyəti bu qərarı alqışlayır.
Qeyd edək ki, daha əvvəl Martin Qriffits Rusiyaya səfər edərək,
bu ölkənin XİN rəhbəri Sergey Lavrovla görüşmüşdür.