BMT: İsrail beynəlxalq humanitar hüququ pozur

BMT: İsrail beynəlxalq humanitar hüququ pozur

Qəzzanın mühasirəyə alınması, mülki əhalini təhlükə altında qoymaq və onları zəruri mallardan məhrum etmək rəsmi olaraq beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilir.

AzerTimes xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Ravina Şamdasani deyib.

“Bu hərəkətlər Qəzzada onsuz da çətin olan insan hüquqları, humanitar vəziyyəti pisləşdirir, xüsusən də yaralananların sayının artması fonunda tibb müəssisələrinin işləmək qabiliyyətini ciddi şəkildə məhdudlaşdırır”, – o bildirib.

Teqlər: