BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranda insan haqlarının geniş şəkildə pozulmasına qarşı qətnaməni təsdiqləyib.
AzerTimes xəbər verir ki, qətnamədə digər məsələlərlə yanaşı, ölüm hökmünün icrasının artırılmasına qarşı xəbərdarlıq edilib, edamların sayının artırmasının İranın beynəlxalq öhdəliklərinə zidd olduğu bildirilib.
Noyabrın 20-də təsdiqlənən qətnamədə BMT İranda ölüm hökmünün tətbiqinin narahatedici səviyyədə artımını kəskin şəkildə pisləyib:
“Bəzi edamlar məcburi etiraflara əsaslanaraq, ədalətli mühakimə və lazımi proses olmadan həyata keçirilir”.
BMT həmçinin etnik və dini azlıqlara, o cümlədən bəhai təriqətinə mənsub şəxslərə ölüm hökmünün tətbiqindən ciddi narahatlığını ifadə edib, qadınların edamının davam etdirilməsini qınayıb.