İranda insan haqlarının pozulması halları kəskin artıb.
AzerTimes xəbər verir ki, bunu BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman İranla bağlı hazırladığı son hesabatında bildirib.
BMT nümayəndəsi İranda qanunsuz həbslərin, işgəncələrin və etirazçılara qarşı repressiyaların daha da şiddətləndiyini, 2023-cü ildə azı 419 məhkumun edam edildiyini qeyd edib.
Məcburi hicab qaydalarının sərtləşdirilməsinə toxunan Rəhman qadınlara qarşı ayrı-seçkiliyin əvvəlki illərlə müqayisədə daha da çoxalmasına görə narahatlığını bildirib.