BMT-in Ətraf Mühit Proqramının ekspertləri Qarabağa səfər
ediblər.
AzerTimes-ın məlumatına görə, bu
barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi
rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu
istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov öz “Twitter”
səhifəsində yazıb.
“Səfər zamanı ekspertlərə bölgənin ekoloji vəziyyəti göstərildi
və gələcək inkişaf planı haqqında məlumat verilib”, – E.Hüseynov
yazıb.
Qeyd edək ki, ötən gün BMT, Dünya Bankı və Avropa İttifaqının
birgə qiymətləndirmə missiyasının ekspertləri də Ağdama və Füzuliyə
səfər ediblər.