BMT Haitidə zəlzələ nəticəsində zərərçəkənlərə yardım üçün 8 milyon dollar ayıracaq.
AzerTimes-ın məlumatına görə, bunu BMT-nin baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits deyib.
M.Qrifftis bildirib: “Haitidə baş verən zəlzələyə humanitar reaksiyanı dəstəkləmək üçün Fövqəladə Vəziyyətlərə Reaksiya üzrə Mərkəzi Fonddan 8 milyon dollar ayırıram. Bu vəsait təbii fəlakətdən zərər çəkmiş insanlara tibbi xidmət, təmiz su, müvəqqəti sığınacaq və sanitar-profilaktik tədbirlər üçün göndərilir”.
Xatırladaq ki, avqustun 14-ü haitidə 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzəl nəticəsində 1 297 nəfər həlak olub, 5,3 min nəfər isə xəsarət alıb.