Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı (FAO) Taxıl təklif və tələb Hesabatının son buraxılışında
2022-ci ildə taxıl istehsalının artacağını proqnozlaşdırır ki, bu
da qıtlığın qarşısını alacaq.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bununla belə
FAO-nun cümə günü yaydığı məlumatda qeyd olunur ki, proqnoz
Ukraynadakı vəziyyətin potensial nəticələrini nəzərə almadan
verilib.
Proqnozlara görə, dünyada buğda istehsalı 790 milyon tona
yüksələ bilər. Şimali Amerika və Asiyada gözlənilən yüksək
məhsuldarlıq və əkin sahələrinin genişləndirilməsi Avropa
İttifaqındakı bir qədər azalmanı kompensasiya edəcək.
“2021-2022-ci illər mövsümündə qlobal taxıl istehlakının ötən
mövsümlə müqayisədə 1,5% artaraq 2,8 milyon tona çatacağı
gözlənilir. 2022-ci ilin sonunda taxıl ehtiyatlarının cüzi artımı
proqnozlaşdırılır ki, bu da 836 milyon ton həcmində
qiymətləndirilir”, – məlumatda bildirilir.