BMT Əfqanıstandan daha 120 işçini və digərlərini təxliyə edib

BMT daha 120 işçisini və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Əfqanıstandan Qazaxıstana çıxarıb.

Trend xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dücarrikin yaydığı mesajda deyilir.

“22 avqustda Əfqanıstandakı BMT, Kabildən Almatıya 120 nəfəri aparıb. Bu, son bir həftə ərzində ikinci uçuşdur. Sərnişinlər arasında BMT işçiləri və Əfqanıstanda BMT-nin tərəfdaşı olan bir neçə qeyri-hökumət təşkilatının üzvləri var”, – mesajda deyilir.