BMT Əfqanıstandakı vəziyyətdən narahatlığını ifadə edib

BMT Əfqanıstandakı vəziyyətin siyasi həlli üçün bu ölkədəki tərəflər ilə danışıqları davam etdirir.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

S.Cüjarrik bildirib: “Siyasi həll yolu tapmaq üçün Əfqanıstandakı və bölgədəki tərəflərlə danışıqları davam etdiririk. Mətbuatdan gördüyümüz kimi yerdəki vəziyyət son dərəcə narahatlıq doğurur”.


Onun sözlərinə görə, kənd yerlərində şiddətli döyüşlər gedir, dinc əhali əziyyət çəkir: “Siyasi prosesə önəm vermək üçün bütün bunlar nəzərə alınmalıdır”.