BMT Ebola ilə mübarizə üçün 15 milyon dollar ayıracaq

BMT Baş Katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik təşkilatın Ebola epidemiyasına qarşı mübarizə üçün vəsait ayırmaq niyyətində olduğunu deyib.

AzerTimes-ın məlumatına görə, BMT rəsmisi bildirib ki, BMT Baş katibinin Humanitar Məsələlər üzrə müavini Mark Loukok Qvineya və Konqo Demokratik Respublikasına 15 milyon dollar ayrılacağını açıqlayıb.


S.Düjarrik vurğulayıb ki, vəsaitlər ölkələrə bölgələrindəki virusun yayılmasını azaltmağa kömək edəcəkdir.