Tullantılarla mübarizə üçün əlavə tədbirlər görülməsə, 2060-cı ilə qədər okeanlardakı plastiklərin kütləsi bütün balinaların kütləsindən çox olacaq.
AzerTimes xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilib.
“Bu vaxta qədər hər il atılan plastikin ümumi miqdarı 350 milyon tondan 670 milyon tona qədər iki dəfə artacaq. Yalnız son 60 ildə dünya plastikdən 5000% daha çox istifadə etməyə başlayıb”, – məlumatda deyilir.