BMT-dən Ukraynaya xəbərdarlıq: Dayandırın!

BMT-dən Ukraynaya xəbərdarlıq: Dayandırın!

Mülki əhaliyə və mülki infrastruktura hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır.

AzerTimes xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin Ukrayna Silahlı Qüvvələrinin Donetski atəşə tutması ilə bağlı şərhində bildirilib.

“Mülki əhaliyə və mülki infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüquqla qadağandır, qəbuledilməzdir və dərhal dayandırılmalıdır”, – şərhdə qeyd edilib.

Qeyd edək ki, Ukrayna SQ-nin Donetskdə bazara zərbə endirməsi nəticəsində azı 27 nəfər ölüb.

Teqlər: