Rusiyadan ərzaq və gübrə ixracı qarşısında qalan maneələri aradan qaldırmağa tam sadiqik.
AzerTimes xəbər verir ki, bunu BMT Baş katibinin nümayəndəsinin müavini Fərhan Haq deyib.
“BMT bu mühüm təchizat xəttini saxlamaq üçün İstanbulda Birgə Koordinasiya Mərkəzini dəstəkləməyə tam sadiqdir. BMT həmçinin Rusiya Federasiyasından ərzaq və gübrə ixracı qarşısında qalan maneələri aradan qaldırmağa tam sadiqdir”, – Haq qeyd edib.