BMT Bryansk vilayətində ukraynalı diversantlarla bağlı məlumatları yoxlaya bilmir.
AzerTimes xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
“Biz hər iki tərəfdən – Rusiya və Ukraynadan ittihamlar, şərhlər gördük. Bu məlumatların heç birini yoxlaya bilmərik”, – Düjarrik bildirib.
Qeyd edək ki, 40-a yaxın Ukrayna hərbçisinin Rusiya ərazisinə daxil olduğu, 100-dən çox insanı girov götürdüyü barədə məlumatlar yayılmışdı.