BMT Baş katibi Antonio Quterreş Moskva ilə Kiyev arasında hərbi əsir mübadiləsini alqışlayır və bu səylərin davam edəcəyinə ümid edir.
AzerTimes xəbər verir ki, bunu BMT-nin mətbuat katibi Stefani Tremblay brifinqdə deyib.
“BMT-nin baş katibi Ukrayna və Rusiya arasında 230 ukraynalının 248 rus hərbi əsirinə dəyişdirilməsini dəstəkləyir. O, hər iki tərəfin səylərini və bunların həyata keçirilməsinə kömək edən üçüncü tərəfin – BƏƏ-nin yardımını alqışlayır”, – BMT rəsmisi bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi BƏƏ-nin vasitəçiliyi ilə 248 rusiyalı hərbçinin Ukrayna əsirliyindən geri qaytarıldığını bəyan eib.