BMT-dən Laçın yolu açıqlaması: Yoxlaya bilmirik

BMT-dən Laçın yolu açıqlaması: Yoxlaya bilmirik

BMT Ermənistanın Qarabağdakı təbii ehtiyatlardan qanunsuz istifadə etməsi ilə bağlı iddiaları (Azərbaycanın iddialarını – red.) yoxlaya və təsdiq edə bilmir.

AzerTimes xəbər verir ki, bunu BMT Baş katibinin köməkçisi Miroslav Ença deyib.

Ençanın sözlərinə görə, Azərbaycan Laçın dəhlizində etirazların təbii sərvətlərdən qeyri-qanuni istifadəyə və bunun ətraf mühit üçün fəsadlarına qarşı yönəldiyini bildirib:

“BMT nə Laçın dəhlizindədir, nə də Rusiya sülhməramlılarının məsuliyyət zonasında. Buna görə də BMT bu ittihamları yoxlaya və təsdiqləyə bilmir”.

Baş katibin köməkçisi İrəvan və Bakını 10 noyabr 2020-ci il tarixli Bəyanata uyğun olaraq öhdəliklərini yerinə yetirməyə çağırıb.

Teqlər: