Husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumlarının artması beynəlxalq ticarətə ciddi ziyan vura və ekoloji fəlakətə səbəb ola bilər.
AzerTimes xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.
“Biz əlbəttə ki, son həftələrdə beynəlxalq dəniz nəqliyyatına edilən hücumları pisləyirik. Bu, beynəlxalq hüququn vacib hissəsi olan naviqasiya azadlığına mane olmaqla yanaşı, həm də beynəlxalq ticarətə zərər vurma potensialına malikdir. Və biz artıq bunu görürük”, – deyə o, brifinqdə bildirib.
Qeyd edək ki, ABŞ müdafiə naziri Ostin Yaxın ABŞ-ın Şərqdəki tərəfdaşları və müttəfiqləri ilə Yəmənin Husi üsyançılarının yarada biləcəyi təhlükəyə qarşı beynəlxalq koalisiya qurmağa çalışdığını bildirib.