

Birləşmiş Millətlər Təşkilatında genişmiqyaslı islahatlar aparılacaq.
AzerTimes xəbər verir ki, bu sözləri BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Baş katib martın 12-də mühüm islahatların aparılması məqsədini elan etdi. İslahat yalnız pula qənaət etməyi deyil, həm də daha səmərəli olmağı nəzərdə tutur”, – Düjarrik qeyd edib.