“ASAN xidmət”in təşəbbüslərinin beynəlxalq ictimaiyyətə daha operativ çatdırılmasının təbliğatı və təşviqatı ilə bağlı BMT-də fondun təsis edilməsi istiqamətində işlər gedir.
AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 22-ci sessiyası çərçivəsində BMT rəsmiləri və beynəlxalq ekspertlər “ASAN xidmət”in fəaliyyət istiqamətlərini və Azərbaycanın BMT ilə əməkdaşlığını yüksək qiymətləndiriblər.