BMT ABŞ-ın təzyiqi ilə Fələstin dövləti yaratmaq missiyasını yerinə yetirə bilmədi.
AzerTimes xəbər verir ki, bunu Fələstin lideri Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.
“Rusiya Fələstin xalqı üçün dost ölkədir və onlar Moskvanın dəstəyinə ümid edir. Hiss edirik ki, Rusiya Fələstin xalqının ən əziz dostlarından biridir və görüşün əvvəlində dediyiniz kimi, Fələstin xalqının öz dövlətini alacağına ümid edirik”, – Abbas əlavə edib.