BMT Belqoroda hücumla bağlı açıqlama yaydı

BMT Belqoroda hücumla bağlı açıqlama yaydı

Dinc sakinlərə qarşı hücum qəbuledilməzdir, bu kimi hallar qınanılmalıdır.

AzerTimes xəbər verir ki, bu barədə BMT Baş katibinin ofisi Belqoroda həyata keçirilən hücumlarla bağlı məlumatında deyilir.

“Mülki əhaliyə və infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüququ pozur, qəbuledilməzdir, dərhal dayandırılmalıdır və şübhəsiz ki, pislənilməlidir”, – deyə bildirilib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzinə endirdiyi zərbələr nəticəsində 18 nəfər ölüb, 111 nəfər isə yaralanıb.

Teqlər: