Mən İsrail hökumətini istənilən eskalasiyasını dayandırmağa və diplomatik danışıqları konstruktiv aparmağa çağırıram.
AzerTimes xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş jurnalistlərə açıqlamasında deyib.
“Qəzza zolağında atəşkəs sazişinin bağlanması regionun və şübhəsiz ki, dünyanın əldən verə bilməyəcəyi son dərəcə mühüm fürsətdir”, – deyə o bildirib.