BMT Baş katibi Antonio Quterreş Türkiyəyə təşəkkür edib.
AzerTimes xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik mətbuat konfransında bildirib.
Sözçü BMT Baş katibi Antoniu Quterreşin Türkiyənin diplomatik cəhdlərindən sonra Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsü sazişinə qayıtmasını yüksək qiymətləndirdiyini deyib.