BMT baş katibi Qlazqoda keçirilən iqlim sammitindəki qərarları yetərsiz sayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Tərəflər Konfransı (COP26) iştirakçılarının razılaşdırdığı tədbirləri yetərsiz adlandırıb.

AzerTimes-ın məlumatına görə, o bildirib ki, bu cür tədbirlər alqışlanır, lakin onlar yetərsizdi.

İqlimlə bağlı Paris sazişinin altıncı maddəsinin icrası qaydalarının uyğunlaşdırılması barədə məlumatı COP26-nın sədri, Böyük Britaniya Nazirlər Kabinetinin üzvü Alok Sharma açıqlayıb. O qeyd edib ki, sənəd etirazsız qəbul edilib.

Sazişin altıncı maddəsi istixana qazları emissiyalarının və karbohidrogen vahidlərinin ticarətinin tənzimlənmə mexanizmlərini müəyyən edir. Qaydaların uyğunlaşdırılması bir neçə il davam edir və qızğın müzakirələrlə müşayiət olunurdu.

Teqlər: