BMT-nin baş katibi Antoniu Quterreş Qırğızıstanı və Tacikistanı sülh razılığına riayət etməyə çağırıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ümumdünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarik bildirib.
Nümayəndə deyib: “Baş katib iki ölkə liderlərinin əlaqələrini və mayın 1-də atəşin dayandırılması haqqında nail olunmuş razılaşmanı alqışlayır. O, hər iki tərəfi barışığa riayət edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırır”.
“Baş katib həmçinin BMT-nin ehtiyac olduğu halda dəstək göstərməyə hazırlığını təsdiqləyir”, – S.Düjarik əlavə edib.
A.Quterreş toqquşmanın gedişatında həlak olanların yaxınlarına başsağlığı verib və xəsarət alanların qısa zamanda sağalmalarını arzulayıb.