BMT-nin baş katibi Antonio Quterreş Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransanın nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı birgə bəyanatını alqışlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.
S.Düjarrik qeyd edib: “Baş katib nüvə dövlətlərinin nüvə müharibəsinin qarşısını almaq və silahlanma yarışının yolverilməzliyi ilə bağlı birgə bəyanatını alqışlayır. Baş katib nüvə silahlarının yayılmaması ilə bağlı çoxtərəfli və ikitərəfli öhdəliklərinə, tərksilah və silahlara nəzarət üzrə öhdəliklərinə, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsində nüvə silahının tərksilahı ilə bağlı öhdəliklər də daxil olmaqla, riayət edilməsi vacibliyinin nüvə dövlətləri tərəfindən qəbul etməsini yüksək qiymətləndirir”.