“Yeddilər qrupu” (G7) ölkələri dünyanı 1 milyard doza koronavirusa qarşı peyvəndi ilə təmin etmək niyyətində olduqlarını bildirsələr də, koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün kifayət qədər səy göstərmirlər.
Trned-in məlumatına görə, bu barədə G7 ölklərinin zirvə görüşünə qonaq olaraq gələn BMT Baş katibi Antonio Quterreş mətbuat üçün brifinqdə deyib.
A.Quterreş Böyük Britaniya hökumətinin “Böyük Yeddilər” tərəfindən digər ölkələrə ən azı 1 milyard doza peyvənd verəcəyinə dair açıqlamasını şərh etməsinə xahişinə cavab olaraq belə deyib:
“Vəziyyəti nəzərə alsaq, hətta bir neçə həftə əvvəl bunun reallığa çevriləcəyini təsəvvür etmək mümkün deyildi. Buna görə də belə bir addımı tamamilə alqışlayırıq”.
O əlavə edib ki, bundan daha çoxuna ehtiyac olduğu tamamilə aydındır: “Ayrı-ayrı ölkələrin ikitərəfli dəstək və təşəbbüs formalarının kifayət deyil. Seyləri razılaşdırılmış şəkildə göstərmək lazimdır və bu səbəbdən qlobal bir peyvənd planına ehtiyacımız var”.
A.Quterreş bildirib ki, effektiv peyvəndlərin hazırlanması və istehsalında iştirak edən bütün ölkələrin belə bir plan hazırlayacaq və həyata keçirilməsini təmin edəcək xüsusi bir işçi qrupu yaratmalıdır.