BMT Baş Assambleyasının Ukraynadakı vəziyyətlə bağlı xüsusi
sessiyası martın 23-ü davam etdiriləcək.
AzerTimes-ın məlumatına görə, bunu “TASS”a BMT-dəki mənbə
bildirib.
Mənbənin sözlərinə görə, həftənin sonuna qədər xüsuso sessiyanın
iştirakçıları humanitar vəziyyətlə bağlı qətnamə üzrə səs
verəcəklər.
Eyni zamanda, sessiyanın martın 23-ü keçiriləcəyini BMT Baş
Assambleyasının 76-cı sessiyasının sədrinin rəsmi nümayəndəsi
Polina Kubiyak təsdiqləyib.
“Baş Assambleyanın 11-ci fövqəladə xüsusi sessiyası çərşənbə
günü, martın 23-də keçiriləcək”, – deyə M.Kubiyak bildirib.