BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır aprelin 1-dən 12-dək Türkiyə, Qətər və Azərbaycana səfər edəcək.
Bu barədə Trend BMT-nin saytına istinadən xəbər verir.
Məlumata əsasən, Bakıda Volkan Bozkır Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.