BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır Azərbaycana gəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə V.Bozkır özünün “Twitter” səhifəsində yazıb.
Sədr bildirib: “Qətərə rəsmi səfərim başa çatdıqdan sonra biz Bakıya gəldik”.
V.Bozkır bildirib ki, Bakıda o Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.