BMT Baş Assambleyası Azərbaycanın təşəbbüsü və 126 ölkənin dəstəyi ilə COVID-19 vaksinlərinə ədalətli çıxış imkanı barədə qətnaməni qəbul edib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi “Twitter” səhifəsində bildirib.
Qeyd olunub ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq COVID-19-la mübarizədə başçılığını davam etdirir.
(Tərcümə: Orxan Nəbiyev)