BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis Azərbaycana səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Report-a Baş Assambleya prezidentinin sözçüsü Monika Qreyli deyib.
O, bildirib ki, Frensis martın 15-də Bakıda keçiriləcək 11-ci Qlobal forumda iştiraş edəcək:
“Prezident forumda çıxış edərək, dünyada davam edən geosiyasi gərginliyi aradan qaldırmaq və eləcə də beynəlxalq əməkdaşlığı bərpa etmək üçün həmrəylik, dialoq və diplomatiyanın zəruriliyini vurğulayacaq. BMT Baş Assambleyasınn prezidenti, o cümlədən noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 konfransı üçün qarşıya qoyula biləcək məqsədlərə dair panel müzakirəsində iştirak edəcək”.
Sözçü əlavə edib ki, Baş Assambleyanın prezidenti Bakıda bir sıra hökümət və dövlət nümayəndələri ilə görüşlər keçirəcək.