BMT Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın Baş naziri arasında noyabrın 26-da Soçidə keçirilmiş görüşü və bu görüşdən sonra qəbul edilmiş birgə bəyanatı alqışlayır.

Trend xəbər verir ki, bunu Baş katibin rəsmi sözçüsünün müavini Farhan Haq deyib.

Onun spzlərinə görə, Quterreş Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə birbaşa təmasın bərpası və tərəflərin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların tam yerinə yetirilməsinə sadiq olduqlarını vurğulamalarını alqışlayır.

“O, BMT-nin davamlı sülhün yalnız dialoq yolu ilə əldə oluna biləcəyi ilə bağlı mövqeyini bir daha təsdiqləyir və tərəfləri bütün mövcud formatlar, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə məsələləri həll etməyə çağırır. BMT regionda sülhün bərqərar olması üçün bütün səyləri dəstəkləməyə hazırdır”, – deyə BMT rəsmisi bildirib.

Teqlər: