BMT azad edilmiş ərazilərin bərpası üçün Azərbaycana təkliflər
verə bilər.
AzerTimes-ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini
Elnur Məmmədov Azərbaycanla BMT arasında münasibətlərin
qurulmasının 30 illiyinə həsr olunmuş fotosərginın açılışında
deyib.
O qeyd edib ki, Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı
bərpa işləri həyata keçirir.
“BMT erməni işğalından azad edilmiş ərazilərin bərpasında
Azərbaycanın səylərinin dəstəklənməsi üçün çox şey təklif edə
bilər. Bu kömək bir il əvvəl Azərbaycanla BMT arasında imzalanmış
2021-2025-ci illər üzrə dayanıqlı inkişaf sahəsində əməkdaşlıq
sənədi çərçivəsində göstərilə bilər”, – deyə o bildirib.