800 mindən çox Livan sakini Hizbullah-İsrail münaqişəsi və Yaxın Şərqdə vəziyyətin pisləşməsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
AzerTimes xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
“2023-cü il oktyabrın 8-dən indiyədək 809 min 43 məcburi köçkün qeydə alınıb ki, onların da 52%-i qadın, 48%-i isə kişidir”, – məlumatda deyilir.
Qeyd olunur ki, 191,9 minə yaxın insan 1,1 min sığınacaqda müvəqqəti yerləşdirilib, belə mərkəzlərin 901-i və ya 82%-i artıq tam dolub.